Tovuzda Vətən Müharibəsi mövzusunda məktəblilərin rəsm işlərindən ibarət sərgi keçirilmişdir
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr Azərbaycan Respublikasında Zəfər Günü olaraq təsis edilmişdir. Bununla əlaqədar Tovuzda məktəblilərin Vətən Müharibəsi mövzusunda rəsm və əl işlərinin nümayiş olunduğu sərgi təşkil olunmuşdur.
Heydər Əliyev adına Tovuz şəhər mədəniyyət və istirahət parkında təşkil olunmuş sərgidə Tovuz rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz rayon Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, təhsil işçiləri və valideyinlər iştirak etmişdir.
Təşkil olunan sərginin məqsədi tovuzlu məktəblilərin vətənpərvərlik ruhunda böyüməsinə töhfə vermək, onlara Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qazandığı Böyük Qələbənin mahiyətini aşılamaq və xüsusi istedada malik şagirdləri üzə çıxarmaq olmuşdur.
Sərgidə eyni zamanda məktəbli gənc rəssamlar vətənpərvərlik və Zəfər mövzusunda şeirlər də səsləndirmişdir.
Vətən Müharibəsi mövzusunda məktəblilərin rəsm işlərindən ibarət sərgi gün ərzində davam etdirilmişdir.