Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd edilib

01 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Peşə bayramı münasibətilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmməd və rayonun kənd təsərrüfatı işçiləri Tovuz şəhərinin mərkəzində ucaldılmış Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinin ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən kənd təsərrüfatı işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür. Əsası ümummilli lider Heydər Əliyev  tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub.  Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi aqrar sektor da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Dövlətin dəstəyi ilə kənd təsərrüfatının inkişafı istiqamətində uğurlu layihələr həyata keçirilib və hazırda da davam etdirilir.

Rayonun kənd təsərrüfatı işçilərini peşə bayramı günü münasibətilə təbrik edirik.

Keçidlər