Tovuzda 5325 nəfərə üçüncü doza peyvənd vurulub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuzda əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
Peyvənd olunan vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin onların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlət tərəfindən görülən işlər barədə ətraflı məlumat verilir.
Tovuz rayonunda hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci və üçüncü doza vaksinin vurulması prosesi icra olunur. Bu günədək Tovuz rayonu üzrə ümumilikdə 160432 doza vaksin vurulub. Bunlardan 83159 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza, 5325 nəfər üçüncü doza peyvənd olunanlardır.
Əziz tovuzlular!
Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün, peyvənd olunmağa çağırırıq.