Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü davam edir

28 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasında Zəfər Günü ərəfəsində Tovuzun təhsil müəssisələrində məktəblilərin Vətən Müharibəsi iştirakçıları və qazilərlə daha bir görüşü təşkil olunub.

Həmin görüş Nəsrəddin Tusi adına Tovuz şəhər məktəb-liseyində baş tutub. Məktəb-liseyin şagirdləri ilə görüşdə Tovuzlu Vətən Müharibəsi iştirakçıları  "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuş Fərmanzadə Azər Aydın oğlu, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş İbrahimov Elşən Məhəmməd oğlu, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Həsənov Pərvin İkram oğlu, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Hacıyev Nahid Vidadi oğlu iştirak etmişdir. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra görüş açıq elan olunmuşdur.

Məktəbin direktoru Valeh Məmmədov çıxış edərək Vətən Müharibəsi iştirakçılarını məktəblilərə təqdim etmiş və İkinci Qabarağ Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun mənfur düşmən üzərində əldə etdiyi Böyük Qələbədən söz açmış, Qalib Azərbaycan Xalqının öz rəhbəri və ordusuna göstərdiyi sonsuz dəstək haqqında danışmışdır.

Sonra qazilərimiz çıxış edərək keçdikləri çətin və şərəfli döyüş yolu ilə bağlı məktəblilərə məlumat vermişlər. Onlar eyni zamanda Qalib Azərbaycan Ordusunun igidliyindən və qəhrəmanlığından söz açmış, müharibədən bitdikdən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarına və qazilərə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Vətən Müharibəsinə həsr olunmuş videoçarx izləndikdən sonra məktəblilərlə xatirə şəkli çəkilmişdir.

Tovuzun təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları ilə görüşlər Zəfər Gününə kimi davam edəcəkdir.

Keçidlər