Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda məktəblilərin “Tariximizi tanıyaq” adı altında muzeylərə ekskursiyası təşkil olunub

26 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasında Zəfər Günü ərəfəsində tovuzlu məktəblilərin muzeylərə ekskursiyaları təşkil olunub.

Ekskursiyalar çərçivəsində bu gün N.Tusi adında Tovuz şəhər məktəb-liseyinin şagirdləri Tarix-Diyarşünaslıq Muzeyini, Y.Sadıqov adına Bozalqanlı kənd orta məktəbinin şagirdləri isə Dövlət Rəmzləri Muzeyini ziyarət ediblər.

“Tariximizi tanıyaq” adı altında təşkil olunan ekskursiyalarda şagirdlər muzeyləri gəzərək Azərbaycanın milli mədəniyyəti və tarixi haqqında məlumatlarını daha da zənginləşdiriblər. Bələdiçilər tərəfindən şagirdlərə bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi zamanı ölkəmizin qələbəsini təmin edən mühüm amillər Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

“Tariximizi tanıyaq” adı altında təşkil olunan ekskursiyalar Zəfər Gününə kimi davam edəcəkdir.

Keçidlər