Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Səyyar Gənclər Xidməti” layihəsi keçirilib

21 oktyabr 2021 | 16:00

Tovuz rayonunun Yuxarı Öysüzlü, Dondar Quşçu, Düz Qırıqlı, Aşağı Quşçu və Bozalqanlı kəndlərində 5 gün ərzində “Səyyar Gənclərə Xidmət” layihəsi baş tutub.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı, Tovuz rayon İcra Hakimiyyətinin,Tovuz rayon Təhsil şöbəsinin və Tovuz Gənclərinin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilati dəstəyi ilə həyata keçirilib.

Xidmət çərçivəsində gənclər üçün müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər təşkil edilib. Həmçinin, əyləncə proqramları, gənclər arasında müxtəlif intellektual və idman yarışları keçirilib.

Keçidlər