Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda tütün istehsalı ilə məşğul olan sahibkarlarla seminar-müşavirə keçirilib

14 dekabr 2016 | 16:00

Müşavirəni rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov açaraq tütünçülük sahəsində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, rayonun kəndlərində cari ildə 20 hektar sahədə tütün əkini həyata keçirilib. Tədarük olunan məhsul Şəki tütün kombinatına satılıb. Gələn il isə tütün əkiləcək sahələr genişləndirilərək 50 hektara çatdırılacaq. Tütün əsasən rayonun dağ kəndlərində əkiləcək. Burada əsas məqsəd kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyü dirçəltmək və dağ kəndlərinin əhalisinin məşğulluğunu təmin etməkdən ibarətdir.
Seminar–müşavirədə sahibkarlara tütünün əkilməsi və becərilməsi istiqamətində məsləhətlər də verilib.

Keçidlər