Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Qəhrəman müəllimlərlə qürur duyuruq” mövzusunda tədbir keçirilmişdir

05 oktyabr 2021 | 16:00

Tovuz regional “ASAN xidmət” mərkəzinin “ASAN hərbi vətənpərvərlik” mərkəzində ”Qəhrəman müəllimlərlə qürur duyuruq” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin, Tovuz rayon təhsil şöbəsinin və Tovuz Regional “ASAN ximət” mərkəzinin məsul işçiləri, rayon məktəblərinin Hərbi Hazırlıq rəhbərləri və Vətən Müharibəsi iştirakçısı müəllimlər iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən və Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra açıq elan olunmuşdur.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti Başçısının muavini,  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, təhsil sistemimizin tərəqqisində Ümumilli Lider Heydər Əliyevin rolundan bəhs etmiş, onun açdığı yolda inamla addımlayan Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini vurğulamış, bu gün münasibətilə bütün müəllimlərimizi təbrik etmişdir.

Daha sonra Tovuz rayon təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Ceyhun Əliyev, Tovuz Regional “ASAN Xidmət” mərkəzinin rəhbəri Güntək Məmmədov, müəllimlər Rəhim Məmmədov və Rəşid Yaqubov çıxış edərək müəllimlərə göstərilən diqqət-qayğıdan və təhsil sisteminin yüksək səviyyəsindən ötəri ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş, müəllimlərə  şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulamışlar.

Sonda tədbir iştirakçısı müəllimlərimizə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər