Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2021 | 16:00

1 oktyabr Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon prokurorluğunun işçiləri və hüquq mühafizə orqanlarının rəhbərləri Tovuz şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və xatirəsini ehtiramla yad etmişlər.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Heydər Əliyev Mərkəzinin qarşısında toplanan tədbir iştirakçıları ilə görüşərək qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə “1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü” kimi təsis edilmiş və həmin vaxtdan etibarən bu gün prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.   Prokurorluq işçilərinin dövlətçiliyimizin maraqlarına və qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizə aparılmasında, vətəndaşların hüquq və azadlıqlarının  qorunması sahəsində əvəzsiz xidmətlərinin olduğunu dilə gətirmişdir.

M. Məmmədov  fəaliyyətlərində fərqlənən prokurorluq əməkdaşlarını Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etmişdir.

Sonda xatirə şəkli çəkilmişdir.

Keçidlər