Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi həyata keçirilib

29 sentyabr 2021 | 16:00

Bu gün Tovuz rayonunda Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin idman meydançasında “kəndlərdə idmanı inkişaf etdirək” layihəsi həyata keçirilib.

Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihənin əsas məqsədi futbola marağı artırmaq və idmanın kütləviliyinə nail olmaqdır.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Millət Vəkilləri Arzu Nağıyev, Sabir Hacıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov açaraq tədbirin mahiyyəti barədə ətraflı məlumat vermişdir.

Sonra rayon icra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək ölkəmizdə idmanın inkişafı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən danışmış, futbolun kütləviliyinə nail olmaq üçün belə tədbirlərin önəmini xüsusi vurğulamışdır.

Daha sonra AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Milli Məclisin deputaı Arzu Nağıyev çıxış edərək bu tədbirlərin Tovuz rayonunda ənənəvi olaraq davam edəcəyini bildirmişlər.

Tədbirdə rayonun ümumtəhsil məktəblərindən ümumilikdə 50 məktəbli uşağa, o cümlədən məktəbli şəhid övladlarına idman geyimləri və futbol topları verilib. 

Sonda xatirə şəkili çəkilib.

Keçidlər