Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Bayramlı kəndində şəhidlərin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

28 sentyabr 2021 | 16:00

Tovuz rayonunun Bayramlı kəndində şəhidlərin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək ötən il sentyabrın 27-də başlanan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmışdır.

Daha sonra Bayramlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Abdıyev, Bayramlı bələdiyyəsinin sədri Orucəddin Məmmədov, Zahir Yusifov adına Bayramlı kənd tam orta  məktəbin direktoru Ramiz Məmmədov, rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, Vətən Müharibəsi şəhidi Yusifov Mehman Musa oğlunun anası Gülsüm Yusifova çıxış edərək şəhidlərimizin xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar.

Xatirə bulağının açılışında Tovuz şəhər “Lalə” körpələr evi-uşaq bağçasının fidanları, Elşad Orucov və Zahir Yusifov adına Bayramlı kənd tam orta məktəblilərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

 

Keçidlər