Tovuzda sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müvafiq Tədbirlər Planına uyğun olaraq kənd təsərrüfatı sahəsində və digər sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Görüşdə RİH başçısı aparatının məsul əməkdaşları, KOB dostu departamentinin Gəncə-Qazax regional kordinatorluğunun əməkdaşları, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Tovuz regional bölməsinin rəhbəri, PAŞA sığorta ASC-nin əməkdaşı və sahibkarlar iştirak ediblər.
Tədbirin məqsədi müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, sahibkarların üzləşdiyi çətinliklərin dinlənilməsi, onların təkliflərinin müzakirəsi, yaxın zamanlarda Tovuz KOBİM-in yaradılması və fəaliyyət istiqaməti barədə sahibkarları məlumatlandırmaq idi.
Görüşdə sahibkarları maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılmış, müxtəlif fəaliyyət sahələri üzrə bir sıra təkliflər səsləndirilmiş və qanunvericiliyin tələbləri barədə onlar məlumatlandırılmışdır.