Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Quşçu kəndində Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

19 sentyabr 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri 27 sentyabr Anım Günü ərəfəsində Aşağı Quşçu kəndinə gedərək Vətən Müharibəsi şəhidlərinin ailələrinə baş çəkib.

M. Məmmədov rayon ictimaiyyətinin üzvləri ilə birlikdə müddətdən artıq hərbi qulluqçu Qurbanlı Elvin Mehman oğlunun, müddətdən artıq hərbi qulluqçu Süleymanov Füzuli Bahadur oğlunun, əsgər Ələsgərov Həsrət Vahid oğlunun, əsgər Aslanov Atəş Yusif oğlunun, əsgər Verdiyev Elburus İlyas oğlunun, əsgər Hüseynov Rəcəb Nazim oğlunun, əsgər Poladov Elçin Adil oğlunun evlərinə gedərək ailə üzvləri ilə görüşmüş, onların qayğılarını dinləmişdir.

İcra başçısı daha sonra şəhid ailələri ilə birlikdə Aşağı Quşçu kənd qəbirstanlığına gedərək şəhidlərimizin qəbirlərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoymuşdur. Bütün şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

 

 

 

Keçidlər