Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət edib

18 sentyabr 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ictimaiyyətinin üzvləri ilə birlikdə 27 sentyabr Anım Günü ərəfəsində Vətən Müharibəsində qəhrəmanca şəhid olan şəhidlərimizin ailələrinə baş çəkib.

M. Məmmədov və rayon ictimaiyyətinin üzvləri Yuxarı Öysüzlü kəndində müddətdən artıq hərbi qulluqçu Ələsgərov Yusif Yaşar oğlunun, müddətdən artıq hərbi qulluqçu Əkbərov Vüqar Seyid oğlunun, müddətdən artıq hərbi qulluqçu Yusifov Münasib Mübariz oğlunun, əsgər Əhmədov Elmar Elşən oğlunun, Əlibəyli kəndində müddətdən artıq hərbi qulluqçu Hüseynov Anar Hüseyn oğlunun, müddətdən artıq hərbi qulluqçu Həsənov Sərxan Habil oğlunun, Hacıalılı kəndində əsgər Qasımov Əli İbrahim oğlunun, Abulbəyli kəndində leytenant Məcidov Aqil Aydın oğlunun, baş leytenant Nəsibov Elməddin Süleyman oğlunun, əsgər Aslanov Röyal Elzar oğlunun evlərində olmuş, ailə üzvləri ilə söhbət aparmış, onların qayğıları ilə maraqlanmışlar. İcra başçısı daha sonra şəhidlərin ailə üzvləri ilə birlikdə şəhidlərimizin qəbrlərini ziyarət edərək məzarları önünə gül dəstələri qoymuşdur. Şəhidlərimizin ruhlarına dualar oxunmuşdur.

Qeyd edək ki, M. Məmmədov Əlibəyli kəndində olarkən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Qasım Rzayevin də məzarını ziyarət etmiş, önünə gül dəstələri qoymuşdur. 

Şəhid ailələri Ali Baş Komandan İlham Əliyevin şəhidlərimizin ailə üzvlərinə göstərdiyi diqqət-qayğıdan ötəri öz təşəkkürlərini dilə gətirmişlər.

Keçidlər