Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz şəhərində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

16 noyabr 2016 | 16:00

Tovuz şəhəri Heydər Əliyev Mərkəzində 16 noyabr Beynəlxalq Tolerantlıq günü münasibətilə Millətlərarası, multikultralizim və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Tovuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova, icra hakimiyyətinin məsul işçisi Bəhruzər Rüstəmov, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Hikmət Yusifov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Beynəlxalq Tolerantlıq Günü UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib və hər il dünyada qeyd edilməsi ənənə halını alıb. Bu günün təsis olunmasında məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirməyə, mehriban qonşular kimi yaşamağa çağırmaqdır. Vurğulanıb ki, Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır. Ölkəmizdə bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.
Tədbirdə Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikultural dəyərlər barədə ətraflı bəhs edilib, dövlətimizin bu sahədə apardığı uğurlu siyasətdən söhbət açılıb.

Keçidlər