Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Anım Günü ərəfəsində şəhid ailələrinə baş çəkdi

16 sentyabr 2021 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və rayon ictimaiyyətinin üzvləri 27 sentyabr Anım Günü ərəfəsində daha bir neçə kənddə şəhid ailələrinə baş çəkib.

M. Məmmədov rayon ictimaiyyətinin üzvləri ilə birlikdə Dondar Quşçu kəndində əsgər Quliyev Hüseyn Həbib oğlunun, əsgər Əliyev Əmrah Ürfət oğlunun, müddətdən artıq hərbi qulluqçu Quliyev Ruslan Şaxsəddin oğlunun, Ağdam kəndində müddətdən artıq hərbi qulluqçu Yusifov Elbrus Şəmsi oğlunun, Tovuz döyüşləri zamanı şəhid olmuş Məmmədov Elşad Dönməz oğlu və mülki şəhid Əzizov Əziz İzzət oğlunun, Qazqulu kəndində müddətdən artıq hərbi qulluqçu Məmmədov Elşən Əli oğlunun, Aşağı Öysüzlü kəndində əsgər Mehdiyev Seymur Hüseyn oğlunun, əsgər Zeynallı Fikrət Akif oğlunun, əsgər Əliyev Fuad Ramin oğlunun ailələrinə baş çəkmiş, onların qayğılarını dinləmiş, ailə üzvləri ilə birlikdə şəhidlərimizin məzarını ziyarət etmişdir. Şəhidlərimizin məzarlarına gül dəstələri qoyulmuş, ruhlarına dualar oxunmuşdur.

İcra başçısı Ağdam kəndində olarkən Milli Qəhrəmanımız Yusifov Naiq Nəsir oğlunun da məzarını ziyarət etmiş, önünə gül dəstələri qoymuşdur. 

Şəhidlərimizin ailə üzvləri söhbət zamanı cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət-qayğı üçün öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər