Tovuz Rayon İcra Hakimiyyətinin başçısı 27 sentyabr Anım Günü ərəfəsində şəhid ailələrini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Anım Günü ərəfəsində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Güvəndik kəndində şəhid baş leytenant Fərzalıyev Samiq Misir oğlu, Çeşməli kəndində müddətdən artıq hərbi qulluqçu Bədəlov Oqtay Ələddin oğlu, Çatax kəndində əsgər Əlizadə Eltac İsmayıl oğlu, əsgər Məsimov Rauf Qafar oğlu, Pələkli kəndində müddətdən artıq hərbi qulluqçu Əliyev Aqil Faiq oğlu, əsgər Ayvazov Həsən Cəlil oğlu, Şıxheybət kəndində gizir Nəbiyev Cilingir Azad oğlu və Cirdək kəndində əsgər Sarıyev Tural İsmayıl oğlunun ailələrini ziyarət etmişlər. Məmməd Məmmədov şəhid ailələrinin qayğıları ilə maraqlanmışdır.
Daha sonra İcra Başçısı və ictimaiyyətin nümayəndələri şəhidlərin ailə üzvləri ilə birlikdə şəhidlərin qəbirüstü abidələrini ziyarət edib, məzarı önünə gül dəstələri qoymuşlar. Şəhidlərin ruhuna dualar oxunub.
Şəhid ailələri onlara göstərdiyi diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.