Tovuzda COVİD-19 virusuna qarşı vaksinasiya davam etdirilir
27 avqust 2021 | 16:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
Tovuz rayonunda da hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi icra olunur. Bu günədək Tovuz rayonu üzrə ümumilikdə 112205 doza vaksin vurulub. Bunlardan 70675 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunanlardır.
Əziz tovuzlular!
Özümüzün, ailəmizin və yaxınlarımızın sağlamlığının qorunması üçün, peyvənd olunmağa çağırırıq.