Şriftin ölçüsü :

Saytın rəngi :

9 Noyabr Dövlət Bayrağı Günü qeyd olundu

04 noyabr 2016 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov dövlət bayrağının hər bir dövlətin suverenliyinin rəmzi olduğunu bildirib. Qeyd edib ki, dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq olunub.
Diqqətə çatdırılıb ki, üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən üçrəngli dövlət bayrağını da qəbul edib.
Məlumat verilib ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Tədbirdə iştirak edən digər natiqlər də öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacağına əminliklərini bildiriblər.

Keçidlər