Tovuzda tütün yığımına başlanıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya məqsəd qoyulub.
İqtisadi cəhətdən gəlirli sahə olan tütünçülüyün inkişafı üçün Tovuz rayonunda məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ildə rayon ərazisində 100 hektardan çox sahədə tütün əkilmişdir. Bu il tütünçülər keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər. Qarşıya qoyulan məqsədə çatmaq üçün böyük səylə çalışırlar.
Artıq rayonda tütün dəriminə başlanıb. Tütün sahələrində 200 nəfərdən çox insan çalışır. İndiyədək tütünçülər 40 tondan çox yaş tütün tədarük ediblər. Yetişdirilmiş tütün məhsulu rayonda tütün qurutma məntəqəsində qurudulur və tütün fermentasiya fabriklərinə göndərilir.