Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tovuz şəhərində şəhidlərin məzarını ziyarət edib
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tovuz şəhərində şəhid Nəsibov Elməddin Süleyman oğlunun valideynlərini evlərində ziyarət edib.
Rayon rəhbəri Elməddin Nəsibovun ailəsinin qayğıları ilə maraqlanıb. Şəhidin atası Süleyman Nəsibovla söhbət zamanı qeyd olunub ki, II Qarabağ Müharibəsində əldə olunan tarixi Qələbəmiz nəticəsində torpaqlarımız işğaldan azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. İndi işğaldan azad olunmuş torpaqlarımız hərbiçilərimiz tərəfindən göz bəbəyi kimi qorunur. Bu şərəfli missiyanı həyata keçirən igidlərimizdən biri də baş leytenant Elməddin Nəsibov idi. Onun əziz xatirəsi həmişə tovuzluların yaddaşında qalacaqdır.
Sonra Məmməd Məmmədov Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə birlikdə Tovuz şəhər qəbiristanlığında baş leytenant Elməddin Nəsibovun və leytenant Aqil Məcidovun məzarlarını ziyarət etmiş, məzarları önünə gül dəstələri qoymuş, xatirələrini ehtiramla yad etmişdir. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Şəhidlərin valideynləri onlara göstərilən diqqətə görə razılıqlarını ifadə etmiş, şəhid ailələri ilə bağlı həyata keçirilən dövlət siyasətinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.