Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Tovuz rayon təşkilatının yaradılmasının ildönümü qeyd olunub

25 iyul 2021 | 16:00

Yeni Azərbaycan Partiyasının yaradılması ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz hadisələrindən biri kimi hər zaman böyük ehtiram və minnətdarlıqla yad edilir. 29 il əvvəl ölkənin siyasi həyatına belə bir təsisatın daxil olması tarixin Azərbaycan cəmiyyəti qarşısında qoyduğu qaçılmaz zərurət idi. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində partiyanın təsis konfransının keçirilməsi və xalqın ümid yeri olan Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsi ölkə vətəndaşlarının çox böyük sevincinə səbəb olmaqla onlarda gələcəyə möhkəm inam yaratmış oldu. Təsis konfransından sonrakı bir il ərzində partiyanın təşkilatlanma prosesi sürətlə getdi. Azərbaycanın əksər regionlarında partiyanın rayon təşkilatları təsis olundu. YAP Tovuz rayon təşkilatı da məhz həmin dövrdə yaradıldı. 1993-cü ilin yanvar-fevral aylarında təşkilat komitəsinə öz siyasi taleyini bu partiya ilə bağlamaq arzusunda olan 511 nəfər tovuzlu müraciət etmişdir. Bu gün rayon təşkilatı 99 ərazi təşkilatında 8000 nəfər üzvü birləşdirir. Rayon təşkilatının yaradılması istiqamətində aparılmış işlər və təşkilatın təsis olunması siyasi fəaliyyət tariximizin unudulmaz anlarıdır.

2021-ci il iyul ayının 25-də YAP Tovuz rayon təşkilatının yaradılmasının 28-ci ildönümü tamam oldu. Bu əlamətdar gün münasibətilə RİH başçısı Məmməd Məmmədov və rayon təşkilatı İdarə Heyyətinin üzvləri Yeni Azərbaycan Partiyasının yaradıcısı, Unu Öndər Heydər Əliyevin xatirəsini yad etmiş, onun şəhərin mərkəzindəki abidəsinin önünə gül dəstləri qoymuşlar.

Tədbir iştirakçıları eyni zamanda rayon təşkilatının yaradılmasında xidmətləri olmuş və bu gün aramızda olmayan insanları xatirələrlə yad etmiş onların fəaliyyətlərinin təşkilatın tarixindəki yerini yüksək qiymətləndirmişlər.

Keçidlər