Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Məsimov Rauf Qafar oğlunun doğum günüdür

22 iyul 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları şəhid Məsimov Rauf Qafar oğlunun doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Rauf Məsimov 1992-ci il iyulun 22-də Tovuz rayonunun Çatax kəndində anadan olub. 1998–2009-cu illərdə X.Cəfərov adına Çatax kənd tam orta məktəbində təhsil alıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rauf Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq döyüşüb. Rauf Məsimov noyabrın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Çatax kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Məsimov Rauf Qafar oğlu "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər