Tovuzda Qurban bayramı münasibəti ilə bayram payı paylanılıb.
20 iyul 2021 | 16:00
Dünya müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə Tovuz rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə 800-dən çox qurban payı paylanmışdır. Bayram payı alan sakinlər bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbərliyinə xoş arzularını ifadə etmişlər.
Əziz tovuzlular Qurban bayramınız mübarək olsun!