Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz döyüşlərinin şəhidi İlqar Zeynallının məzarı ziyarət olunub.

13 iyul 2021 | 16:00

 

Artıq Tovuz döyüşlərinin başlamasından bir il ötür. Keçən il iyul ayının 12-dən başlayaraq Azərbaycanın Dövlət Sərhəddinin pozulmasına cəhd göstərən düşmənin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn  hərbi qulluqçularımızdan biri də gizir Zeynallı  İlqar Ayaz oğludur. Bu gün şəhidin xatirəsini yad etmək üçün Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətin nümayəndləri şəhidin atası Ayaz Zeynalovla birlikdə Cəlilli  kənd qəbiristanlığına gələrək gizir İlqar Zeynallının əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər güllər düzərək ruhuna dualar oxuyublar.

Qeyd olunub ki, İlqar Zeynallı yüksək vətənpərvərlik nümunəsi göstərərək ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı uğrunda gedən döyüşlərdə  mərdlik və cəsurluq göstərmişdir. Onun qısa həyat yolu bütün gənclərimiz üçün örnəkdir. Şəhidlərimizin,həmçinin İlqar Zeynallının gəhrəmanlığı qəlbimizdə əbədi yaşayacaqdır.

Tovuz döyüşləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində  düşmən üzərində tarixi qələbəmizin başlanğıcı oldu. Xalqımız nə gədər şəhid versə də, üzüntülər keçirsə də Azərbaycan əsgəri düşmənə diz çökdürdü, əzəli Azərbaycan torpaqları işğaldan azad olundu, şəhidlərimizin qisası alındı. Bu gün biz qalib ölkənin qalib vətəndaşlarıyıq və buna görə şəhidlərimizə borcluyuq. Bir daha şəhidlərimizin xatirəsi önündə baş əyir,onlara Allahdan rəhmət diləyirik.

Keçidlər