Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz döyüşlərinin şəhidi Elşad Məmmədovun məzarı ziyarət olunub.

13 iyul 2021 | 04:00

 

Bu gün 44 günlük Vətən Müharibəsinin başlağıcı hesab edilən Tovuz  döyüşlərinin bir ili tamam olur.

2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələri Azərbaycan Dövlət sərhəddini Tovuz rayonu istəqəmətində pozmağa cəhd edərək  artilleriya qurğularından Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmağa başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində düşmənin hücüm cəhdinin qarşısı alınıb. Düyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu şəhid olub. Onlardan biri müddətdən artıq hərbi qulluqçu, baş əsgər Məmmədov Elşad Dönməz oğludur.

Bu gün şəhidlik zirvəsinə yüksələn Elşad Məmmədovun Vətən uğrunda canından keçməsindən bir il ötür. Bu münasibətlə Şəhidin xatirəsini yad etmək üçün Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, İcra Hakimiyyətinin rəhbər işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri Ağdam kəndində Şəhidlər Xiyabanına gələrək Elşad Məmmədovun əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Burada  əbədiyyətə qovuşan şəhidlərimizin məzarları üzərinə tər güllər düzüblər.

Qeyd olunub ki bir il bundan əvvəl başlayan Tovuz döyüşləri keçən il noyabr ayının 10-da tarixi Qələbəmizlə başa çatdı.  Ali Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan Ordusu misilsiz rəşadəti və hünəri nəticəsində 30 illik işğaldan sonra  Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Düşmən kapitulaysiya aktına imza atmağa məcbur edildi.  Bu tarixi Qələbəmizə gedən yol məhz Tovuzdan başlayıb. Bu yolda ilk şəhadətə qovuşanlardan biri də Elşad Dönməz oğlu Məmmədov oldu. Şəhidimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

 

Keçidlər