Tovuz döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş tovuzlu şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Tovuz Olimpiya İdman Kompleksində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tovuz döyüşləri zamanı Şəhidlik zirvəsinə yüksəlmiş Tovuz rayonundan olan Zeynallı İlqar Ayaz oğlunun və Məmmədov Elşad Dönməz oğlunun xatirəsinə həsr olunmuş yeniyetmələr və kiçik yaşlı idmançılar arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Açıq rayon birinciliyində 7 rayondan ümumilikdə 160-dan çox idmançı iştirak etmişdir. Rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov yarışı giriş sözü ilə açaraq 12 iyul hadisələri ilə əlaqədar və Müzəffər Ordumuzun Şanlı qələbəsi və “Şuşa Bəyannaməsi” haqqında geniş məlumat vermiş və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Daha sona Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təkili şöbəsinin müdiri Oruc Məmmədov çıxış edərək ölkəmizdə möhtərəm cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakşılarının bütün qayğılarını diqqət mərkəzində saxladıqlarını, onların sağlamlığı, sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mükəmməl dövlət siyasəti həyata keçirdiklərini bildirmişdir.
Daha sona şəhid ailələrinin üzvləri Dönməz Məmmədov, Şəmsi Yusibov, Sənan Zeynallı çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qalib idmançıların təltif olunmasında şəhid ailələri də iştirak etmişlər və onlara gənclər və idman idarəsi tərəfindən xüsusi təşəkkürnamə təqdim olunmuşdur.