Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 10 ədəd subartezian quyusu qazılacaq

07 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində tədbirlər davam edir.

Cənab Prezidentin 2021-ci il 7 iyul tarixli Sərəncamına əsasən Tovuz rayonunun Alakol, Aşağı Quşçu, Bozalqanlı, Cəlilli, Dondar Quşçu, Düz Qırıqlı, Əyyublu, İbrahimhacılı, Köhnəqala kəndlərində və Qovlar şəhərində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusu qazılacaqdır.

Sakinlər ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən məmnundur və onlara göstərilən dövlət qayğısına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.

 

Keçidlər