İcra başçısı sahələrdə kartofçu fermerlərlə görüşüb
Cari mövsümdə kartofçuluq sahəsində zəngin ənənələrə malik olan Tovuz rayonunda bol məhsul yetişdirilib. Bu il rayon ərazisində 6245 ha sahədə kartof əkilib. Əkinçilik sektorunun əsas istiqaməti olan kartofçuluğun inkişafı məqsədilə innovativ tədbirlərin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi və becərmənin aqrotexniki qaydada aparılması bol məhsul əldə etməyə zəmin yaradıb. Hazırda sahələrdə kartof yığımına başlanılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov kartof yığımının gedişi vəziyyəti ilə tanış olmaq üçün Əyyublu kəndində sahələrdə olub və əkinçi fermerlərlə görüşüb. Fermerlər Vüqar Hüseynov, Hüseyn Mehralıyev, Dilqəm Yusifov və başqaları kartofun məhsuldarlığı, tədarükü, satışı, həmçinin saxlanılması barədə məlumat verərək qarşılaşdıqları problemlərdən danışıblar.
İcra başçısı kartofun tədarükü və satışı məsələləri ilə bağlı fermerlərlə ətraflı fikir mübadiləsi aparıb, onların qayğıları ilə maraqlanıb və müvafiq tövsiyələr verib.
İlkin nəticələr göstərir ki, bu il kartof sahələrindən daha yüksək məhsuldarlıq əldə edilməsi gözlənilir.