Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhidimiz Əliyev Əmrah Ürfət oğlunun doğum günüdür

04 iyul 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının məsul əməkdaşları şəhid Əliyev Əmrah Ürfət oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyublar.

Əliyev Əmrah Ürfət oğlu 1997-ci il iyun ayının 4-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri kimi könüllü olaraq Əmrah Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əmrah Əliyev noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə çavuş Əliyev Əmrah Ürfət oğlu "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Keçidlər