Tovuzda 2 iyul – Azərbaycan Polisi Günü qeyd olunub
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 103-cü ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Bu gün Tovuzda 2 iyul – Azərbaycan Polisi Günü qeyd olunub. Rayon İcra Hakimiyyətiin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, polis heyyəti və veteran polislər Tovuz şəhərindəki Heydər Əliyev adına meydanda Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Tədbir Tovuz Heydər Əliyev Mərkəzinin qarşısında davam edib. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək 2 iyul - Azərbaycan Polisi Günü münasibəti ilə polis işçilərini təbrik edib, şərəfli və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb.
Sonra 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə rayon polis şöbəsinin bir qrup əməkdaşı xidmətdə fərqləndiklərinə görə rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub, onlara və veteran polislərə qiymətli hədiyyələr təqdim edilib.