Tovuzda COVİD-19 virusuna qarşı vaksinasiya uğurla davam etdirilir
01 iyul 2021 | 16:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
Tovuz rayonunda da hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi icra olunur. Bu günədək Tovuz rayonu üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 57306 doza vaksin vurulub. Bunlardan 35829 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunanlardır.
Vaksinləşmə prosesi uğurla davam etdirilir.