Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Dünənin və bu günün qəhramanları" adlı görüş təşkil olunub

01 iyul 2021 | 09:05

Tovuz rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Dünənin və bu günün qəhramanları" adlı görüş təşkil olunub.

Tədbir çərçivəsində Vətən müharibəsi qaziləri Əhməd Alıyev və Zaur Əliyevlə gənclərin görüşü baş tutub.

Görüş zamanı qazilər ikinci Qarabağ döyüşlərinin təəssüratlarını, tarixi qələbəmizi, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə Azərbaycan əsgərinin şücaətini, cəsurluğunu və peşəkarlığını, Qələbə əzmini gənclərin diqqətinə çatdırıb, özlərinin keçdiyi döyüş yolundan danışıblar.

Keçidlər