Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhidimiz Əhmədov Elmar Elşən oğlunun doğum günüdür

28 iyun 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon Gənclər və İdman iradəsinin məsul əməkdaşları şəhid Əhmədov Elmar Elşən oğlunun doğum günündə məzarını ziyarət edib və məzarı önünə gül dəstələri qoyublar.

Əhmədov Elmar Elşən oğlu 2000-ci il iyun ayının 28-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Əhmədov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Əhmədov Elmar Elşən oğlu "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Keçidlər