Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rauf Məsimovun “Vətən uğrunda” və "Döyüşdə fərqlənməyə görə" medalları anasına evində təqdim olunub

27 iyun 2021 | 04:34

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Ceyhun Əliyev Çatax kəndində şəhid Məsimov Rauf Qafar oğlunun anası Gülşən Məsimovanı evində ziyarət ediblər.

Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş şəhid Rauf Məsimovun medalarını və medalların vəsiqələrini şəhidin anası Gülşən Məsimovaya təqdim edib.

Məmməd Məmmədov şəhidin ailə üzvləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb.

Keçidlər