Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Quluyev Hüseyn Həbib oğlunun doğum günüdür

26 iyun 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon təhsil şöbəsinin məsul əməkdaşları rayonun Dondar Quşçu kəndində şəhid Quluyev Hüseyn Həbib oğlunun doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Quluyev Hüseyn Həbib oğlu 26 iyun 2002-ci ildə Tovuz rayonunun Ağbaşlar kəndində anadan olub. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra 2017-ci ildən Tovuz rayonunun Dondar Quşçu kəndinə köçüblər.

Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Quluyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hüseyn Quluyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Quluyev Hüseyn Həbib oğlu "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər