Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar onlayn tədbir keçirilib

26 iyun 2021 | 01:05

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Rəşad Zeynalov, rayon Polis Şöbəsinin rəisi, komissiyanın sədr müavini Habil Əmiraslanov, Rayon prokuroru, komissiyanın üzvü Elçin Qəhrəmanov, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri, komissiyanın üzvü Svetlana Verdiyeva, onlayn qaydada idarə və müəssə rəhbərləri və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.

Tədbiri Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini, komissiyanın sədri Rəşad Zeynalov açaraq qeyd etmişdir ki, müstəqilliyimizin ilk günlərindən cəmiyyətin qara yarası olan narkomaniyaya qarşı ciddi mübarizəyə başlanmışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə bu mübarizə artıq sistemli şəkildə aparılmağa başladı. Bu istiqamətdə tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycan beynəlxalq konvensiyalara qoşuldu. Dövlət Proqramları qəbul edildi. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə narkomaniyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

R.Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası, həmçinin qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov “Narkomaniya qarşı mübarizə”, rayon Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü “XXI əsrin bəlası-narkomaniya”, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov  “Gələcəyimizi birlikdə düşünək-narkomaniyaya yox deyək” mövzularında məruzələrlə çıxış etmişlər.

Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov yekunlaşdırmışdır.

Keçidlər