Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda "Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" layihəsi çərçivəsində görüş keçirilib

23 iyun 2021 | 04:21

Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" (ASQİGA) layihəsi  çərçivəsində  layihə benefesiarları ilə görüş keçirilmişdir.

Görüşdə  Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini  Leyla Məmmədova, AKİA  Beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə  əməkdaşlıq sektorunun müdiri Teymur Nağıbəyli, FAO- Azərbaycan Tərəfdaşlıq Proqramının rəhbəri Namiq Məmmədov, layihənin rəhbəri Flora Poladova, Tovuz rayon DAİM-in rəhbəri Emin Eyvazov və Tovuzlu qadın fermerlər iştirak etmişlər.

Görüşün məqsədi benefisiarların layihə çərçivəsində göstərilən dəstəkdən necə yararlandıqlarını və daha hansı tekniki dəstəklərə ehtiyaclarının olmasını müzakirə etmək və  qadın fermerlərin təkliflərini dinləyib onlara gələcək dəstəyin müəyyən olunmasıdır.

Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihə FAO və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən icra olunur.

Layihənin əsas məqsədi kənd qadınlarına innovativ texnologiyalar və bazara çıxış sahələrində texniki bilik və bacarıqlarını artırmaqda dəstək vermək, eyni zamanda iqtisadi imkanlara bərabər çıxışı əldə etmək, həmçinin kiçik təsərrüfat sahələrini inkişaf etdirərək ərzaq təhlükəsizliyini yaxşılaşdırmaqdır.

Keçidlər