Tovuzda tütün şitillərinin sahələrə köçürülməsi başa çatmışdır
2021-ci ildə rayonda 100 hektardan çox sahədə tütün əkilmişdir və hazırda tütün plantasiyalarında becərmə işləri davam etdirilir. Rayonda tütünçülüyün inkişafı, həmçinin əhalinin məşğulluğunun təminatında müsbət rol oynayır. Belə ki, mövsüm ərzində tütün sahələrində 160 nəfərdən çox insan çalışır. Yetişdirilmiş tütün məhsulu rayonda tütün qurutma məntəqəsində qurudularaq tütün fermentasiya fabriklərinə göndəriləcəkdir.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tütün plantasiyalarında olaraq becərmə işlərinin gedişi və həyata keçirilən aqrotexniki tədbirlərlə tanış olmuşdur.
İcra başçısı fermerlərlə söhbət zamanı tütünçülüyün inkişafının potensial imkanlarından, bu sahənin inkişafına göstərilən dövlət dəstəyindən, tütünçülükdə innovativ üsulların tətbiqinin səmərəliliyindən söz açmışdır.