Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda 18 yaşdan yuxarı əhalinin profilaktik vaksinasiyası davam edir

17 iyun 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam edir.

Tovuz rayonunda da hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi icra olunur. Bu günədək Tovuz rayonu üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 46797 doza vaksin vurulub. Bunlardan 28638 nəfəri koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunanlardır.

 

Keçidlər