Tovuzda 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildən etibarən hər ilin iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı münasibətilə rayonun su təsərrüfatı və meliorasiya işçiləri Tovuz şəhərinin mərkəzində ucaldılmış Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinin ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda mükəmməl su təsərrüfatı və meliorasiya sistemlərinin yaradılması və inkişafı böyük Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi aqrar sektor da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Su təsərrüfatı və meliorasiya sisteminin kənd təsərrüfatının inkişafında miqyası və rolu əhəmiyyətli dərəcədə artıb. Dövlətin dəstəyi ilə əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində qlobal layihələr həyata keçirilib və hazırda da davam etdirilir.
Rayonun melorasiya və su təsərrüfatı işçilərini peşə bayramı günü münasibətilə təbrik edirik.