Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Azərbaycan Ordusunun yaranmasının 98 illiyi təntənə ilə qeyd edilmişdir

24 iyun 2016 | 16:00

Tovuz Rayon İcra Hakimiyyətinin və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Tovuz şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü qeyd olunub.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Ələddin Əliyev bildirib ki, bu gün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ordusudur.
Sonra hərbi xidmətdə fərqlənən hərbçilərə fəxri fərmanlar verilib.
Tədbir hərbi orkestrin musiqi sədaları altında əsgərlərin parad-keçidi, kəşfiyyat qrupunun çıxışı və rayon mədəniyyət evi kollektivinin konsert proqramı ilə yekunlaşıb.

Keçidlər