Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bağçalarda qeyd olunub

01 iyun 2021 | 16:00

1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı”nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara xüsusi diqqət göstərməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir. Azərbaycan dövlətinin siyasəti ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Tovuzda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş şəkildə qeyd olunub. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Əlamətdar gün münasibətilə rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında bayram şənlikləri keçirilib. Şənliklərdə uşaqlar Vətənə, xalqa, anaya, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.

 

Keçidlər