Tovuzda COVİD-19 virusuna qarşı vaksinasiya prossesi davam etdirilir
28 may 2021 | 03:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuz rayonunda vaksinasiya prosesi davam etdirilir.
Hazırda rayonda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır. Bu günədək Tovuz rayonu üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 38365 doza vaksin vurulub. Bunlardan 16852 nəfəri koronavirus infeksiyasına qarşı ikinci doza peyvənd olunanlardır.
Vaksinləşmə prosesi uğurla davam etdirilir.