Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzun dağ kəndlərində daha iki modul tipli məktəb quraşdırılacaqdır

26 may 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yaxşılaşdırılması və təhsilin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam edir.

Cənab Prezidentin 2021-ci il 26 may tarixli “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncamına əsasən Tovuz rayonunun yaşayış məntəqələri olan Baqqallı kəndində 56 şagir yerlik və Pələkli kəndində 40 şagird yerlik modul tipli orta məktəblər quraşdırılacaq. Bununla da rayon ərazisində modul tipli məktəblərin sayı 15-ə çatdırılacaqdır.

Sakinlər ölkəmizdə sosial infrastrukturun yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən məmnundur və onlara göstərilən dövlət qayğısına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.

Keçidlər