Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Vətən müharibəsi şəhidi Pərviz Nağıyev dəfn edildi

22 may 2021 | 16:00

Bu gün Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən və bir müddətdən sonra şəhid olduğu məlum olan müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu 1991-ci il təvəllüdlü Nağıyev Pərviz Güloğlan oğlunun nəşi Tovuz rayonuna gətirilib.

Şəhimidiz Tovuz şəhər qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimin sonunda şəhidin xatirəsinə yaylım atəşı açılıb və üçrəngli Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin atası Güloğlan Nağıyevə təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

 

 

Keçidlər