Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əli Qasımovun doğum günündə məzarı ziyarət olunub

20 may 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin və rayon gənclər və idman idarəsinin əməkdaşları Şəhid Qasımov Əli İbrahim oğlunun doğum günündə Hacıalılı kəndində onun məzarını ziyarət ediblər.

Şəhid Əli Qasımov 20 may 2001-ci ildə  Tovuz rayonunun Hacıalılı kəndində anadan olub. Ailəsi ilə birlikdə Nərimanov rayonunda yaşayıblar. 2020-ci ildə Azərbaycan Ordusu sıralarında əsgər kimi müddətli həqiqi xidmətə çağırılıb. O, Azərbaycanın suverenliyi və ərazi bütövlü uğurunda 27 sentyabr 2020-ci ildə başlanan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhidlik zirvəsinə yüksələn Əli Qasımov 24 oktyabr 2020-ci il tarixində ata yurdunda Hacıalılı kənd qəbristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsgər Qasımov Əli İbrahim oğlu hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər