Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Röyal Aslanovun doğum günüdür

17 may 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Tovuz rayon Təhsil Şöbəsinin əməkdaşları Şəhid Aslanov Röyal Elzar oğlunun doğum günündə məzarını ziyarət etmiş və məzarı önünə gül dəstələri qoymuşlar.

Şəhid Aslanov Röyal Elzar oğlu 17 may 2001-ci ildə  Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2008-2013-cü illərdə N.Tusi adına Tovuz  şəhər tam orta məktəb-liseydə təhsil alıb. Daha sonra təhsilini ailəsi ilə birlikdə yaşadığı Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib. Röyal hələ üçüncü sinifdən güləş və boksla məşğul olub. Boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər arasında ikinci yerə, 2018-ci ilin may ayında birinci yerə çıxıb.

2019-cu ildə Azərbaycan Ordusu sıralarında əsgər kimi müddətli həqiqi xidmətə çağırılıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Röyal Aslanov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Aslanov Röyal Elzar oğlu "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər