Tovuzda Vətən müharibəsi şəhidlərinin doğum günündə məzarları və ailələri ziyarət edildi
Tovuz Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının nümayəndələri şəhid Əliyev Cavid Şaban oğlunun, YAP Tovuz Rayon Təşkilatı Gənclər Birliyinin üzvləri və fəal gənclər Şəhid Əliyev Fuad Ramin oğlunun, Tovuz rayon Təhsil şöbəsinin əməkdaşları isə Şəhid Sarıyev Tural İsmayıl oğlunun doğum günündə məzarlarını və ailələrini ziyarət ediblər.
Şəhid Əliyev Cavid Şaban oğlu 10 may 1996-cı il tarixdə Tovuz rayonunun Almalıtala kəndində anadan olub. O, 2002-2013-cü illərdə Tovuz rayonunun Almalıtala kənd tam orta məktəbində təhsil alıb. 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Cavid Əliyev 27 sentyabr 2020-ci il tarixində başlanan 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb. Noyabr ayının 9-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid Əliyev Cavid Şaban oğlu "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhid Əliyev Fuad Ramin oğlu 10 may 2001-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. O, ilk təhsilini Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbdə alıb. Fuad Əliyev 2019-cu ildən müddətli həqiqi hərbi xidmətə yollanmış və 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Hadrut, Füzuli, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid Əliyev Fuad Ramin oğlu “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Sarıyev Tural İsmayıl oğlu 10 may 1993-cü il tarixdə Tovuz rayonunun Cirdək kəndində anadan olub. 1999-2011-ci illərdə Tovuz rayonunun Hacılar kənd tam orta məktəbində təhsil alıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Tural Sarıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Sarıyev oktyabrın 18-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid Sarıyev Tural İsmayıl oğlu "Vətən uğrunda", “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah Şəhidlərimizə rəhmət eləsin.