Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Ulu Öndər Heydər Əliyevin doğum günündə ağacəkmə aksiyası keçirilib

11 may 2021 | 03:44

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Tovuz rayonunda ağacəkmə aksiyası keçirilib.

Aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Leyla xanım Əliyevanın təşkilatçılığı ilə Regional İnkişaf İctimai Birliyi tərəfindən ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bu gün keçirilən ağacəkmə aksiyasında rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri və Vətən Müharibəsi qaziləri, əmək kollektivlərinin və rayon ictimaiyyətinin nümayəndələri, könüllülər iştirak etmişlər. Aksiyada rayon ərazisində 750-dən çox müxtəlif növ ağaclar əkilmiş, ərazidə olan bitkilərə qulluq göstərilmiş, yaşıllıq sahələrində təmizlik işləri aparılmışdır.

İcra başçısı ağacəkmə aksiyasında iştirak edən Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri ilə görüşmüş, qayğıları ilə maraqlanmış, onların sosial müdafiəsi ilə bağlı aparılan dövlət siyasətindən danışmış və Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak etdiklərinə görə təşəkkürünü bildirmişdir.

Keçidlər